"Qarabağ" Avropa Liqası Liqa fazasının 4-cü turu Norveçdə "Budo Qlimt"i 2:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra açıqlama verib:
"İlk olaraq futbolçularımı təbrik edirəm. Meydança, hava amili, uzun yol gəlməyimiz və üç məğlubiyyət istər-istəməz onların üzərində basqı yaradırdı.
Oyundan əvvəl hamımızın söhbəti oldu ki, biz bacararıq. Futbolçularım meydandakı mübarizələri ilə bunu göstərdilər.
Çox yaxşı komandaya qalib gəldik. Son vaxtlar Norveç futbolunun inkişafda olmasının bu gün şahidi olduq.
Rəqibə uğurlar arzulayıram. Zəfər Günündə bəlkə də bütün Azərbaycan bizim oyuna baxırdı, hamı bizdən qələbə gözləyirdi.
Şükürlər olsun ki, qələbə qazandıq. Azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm.
Bir təşəkkür də bu gün ABŞ-dən gələn azarkeşlərimizə düşür. Məni duyğulandırdılar".