«Qarabağ» az sonra Avropa Liqasının Liqa mərhələsində sayca dördüncü oyuna çıxacaq.
Azərbaycan çempionu Norveçdə «Bodo Qlimt»in qonağı olacaq.
«Köhlən atlar»ın baş məşqçisi Qurban Qurbanov vacib qarşılaşmadan öncə komandayla mühüm toplantı keçirib.
Təcrübəli mütəxəssis yarışın ilk 3 turundakı məğlubiyyətlərə görə futbolçuları ciddi tənbeh edib.
Çalışdırıcı bütün Azərbaycanın onlardan qələbə gözlədiyini, bu nəticələrin hamını üzdüyünü bildirib.
Qurbanov zəif təsir bağışlayan, həmçinin qırmızı vərəqə futbolçulara barmaq tuşlayıb.
O, Juninyo, Yassin Benzia, Julio Romao, Kevin Medina və Leandro Anrdradeyə xüsusi xəbərdarlıq edib.
Baş məşqçi adlarını çəkdiyimiz futbolçulara son aylarda zəif təsir bağışladıqlarını söyləyib, şəxsi problemlərini bir kənara qoymalarını tapşırıb, yalnız futbol haqda düşünməli olduqlarını deyib.
SPORTİNFO.AZ