COP29

Juninyo: “Sözüm odur ki, “Qarabağ”dan yaxşı nəticə gözləyin”

7 Noyabr 2024 21:00 Qarabağ 960
Juninyo: “Sözüm odur ki, “Qarabağ”dan yaxşı nəticə gözləyin”

“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçdə “Bodo Qlimt” ilə qarşılaşacaq.

Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda “Tottenhem”ə (İngiltərə) 0:3, “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesabı ilə məğlub olub.

Azarkeşlər “Qarabağ”dan nə gözləsinlər?

“Köhlən atlar”ın braziliyalı hücumçusu Juninyo Sportinfo.az-a açıqlamasında deyib:

“Norveçdə yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bilirəm, rəqib güclüdür, öz meydanında oynayır.

Ancaq bizim də məqsədimiz var. Azarkeşlərə sözüm odur ki, “Qarabağ”dan yaxşı nəticə gözləsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Yanvar 20:00 Çək və bizə göndər!