COP29

“Qarabağ”ın kapitanı ümid və inam verdi

16:40 Qarabağ 122
“Qarabağ”ın kapitanı ümid və inam verdi

Avropa Liqasının əsas mərhələsində mübarizə aparan “Qarabağ” növbəti görüşünə çıxacaq.

Təmsilçimiz 4-cü tur çərçivəsində Norveçin “Bude Qlimt”in qonağı olacaq.

Əsas mərhələdə 3 oyunun hamısında uduzan “köhlən atlar”dan fərqli olaraq Skandinaviya təmsilçisi bu sayda oyunda 7 xal toplamağı bacarıb.

Ən pisi Julio Romao, Elvin Cəfərquliyev və Marko Veşoviç kimi aparıcı futbolçuların cəza və zədə səbəbindən bu qarşılaşmada forma geyinə bilməyəcəyidir.

Odur ki, “Qarabağ”ın işinin asan olmayacağı gün kimi aydındır.

Komandanın kapitanı Bədavi Hüseynov qarşılaşma ilə bağlı fikirlərini dilə gətirib:

“Təbii ki, bir çox amillər rəqibin xeyrinə işləyəcək. Ancaq bizim itirəcəyimiz heç nə yoxdur.

Onsuz da, “Ayaks”la oyuna da bu düşüncə ilə çıxmışdıq. Niyyətimiz qələbə qazanmaq idi.

Bunu ilk 15 dəqiqədə ortaya qoyduq. Lakin azlıqda qalmağımız planlarımızı pozdu.

İtkilərimiz olsa da, onları əvəz edəcək layiqli futbolçularımız var. Norveçə böyük inam və ümidlə gedirik.

Pley-off şanslarımız az da olsa qalır. İstənilən halda “Qarabağ”ın adını uca tutmaq üçün lazımi şəkildə mübarizə aparacağıq”.

Noyabrın 7-də “Aspmira” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti