COP29

“Qarabağ”ın əsas adamı “Sportinfo”ya söylədi: “Biz favorit deyilik”

14:40 Qarabağ 207
“Qarabağ”ın əsas adamı “Sportinfo”ya söylədi: “Biz favorit deyilik”

Avropa Liqasının əsas mərhələsində mübarizə aparan “Qarabağ” bu gün növbəti görüşünə çıxacaq.

Təmsilçimiz 4-cü tur çərçivəsində Norveçin “Bude Qlimt”in qonağı olacaq.

Əsas mərhələdə 3 oyunun hamısında uduzan “köhlən atlar” pley-off şansını çətinə salsa da, səfər qələbəsi ilə vəziyyəti yaxşılaşdırmaq olar.

Komandanın aparıcı futbolçularından olan monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç məlum qarşılaşma ilə bağlı fikirlərini Sportinfo..az-a dilə gətirib:

“Əvvəlki oyunlardakı nəticələrə yox, qarşımızdakı matça baxmalı və köklənməliyik. Qarşıda 5 oyun var., bu isə potensial 15 xal deməkdir.

Komandama, komanda yoldaşlarıma, məşqçilər heyətinə inanıram. Zədələr, qırmızı vərəqələr, bəzi oyunlarda qol imkanlarını boşa verməyimiz bizə çətinlik yaratsa da, komandamızın sərgilədiyi futbol gələcəyə ümidlə baxmağa imkan verir.

Hər oyuna qələbə üçün çıxırıq. “Bude Qlimt”lə matçda da məqsədimiz 3 xal qazanmaqdır. Bu, digər komandalardan güclü olduğumuza görə deyil.

Sadəcə, qarşımıza qoyduğumuz məqsəddir. “Bude Qlimt” əla komanda, çətin rəqibdir.

Qarşılaşmanın favoriti “Bude Qlimt”dir. Ona görə də çox gərgin və çətin oyun olacaq. Biz də hədəfə çatmaq üçün çalışacağıq”.

Noyabrın 7-də “Aspmira” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti