Cümə axşamı “Bude Qlimt”lə qarşılaşacaq “Qarabağ” Norveçə yola düşüb.
Baş məşqçi Qurban Qurbanov kollektivin tam şəkildə səfərə çıxmasına dair göstəriş verib.
Belə ki, cəzalılar – Julio Romao ilə Elvin Cəfərquliyev, zədəli Marko Veşoviç, adı Avropa Liqasının iştirak ərizəsinə salınmayan Redon Cica təyyarədə öz yerlərini tutublar.
Adı iştirak ərizəsinə salınmayan zədəlilər Şahruddin Məhəmmədliyevlə Amin Ramazanov isə nədənsə Norveçə yollanan nümayəndə heyətinin tərkibində gözə dəyməyiblər.
Bir daha xatırladaq ki, adları çəkilən 6 nəfər “Bude Qlimt”lə qarşılaşmanı kənardan izləyəcəklər.
“Turan Tovuz”la oyunda adı “23-lüy”ə salınmayan Yassin Benzia, eləcə də, həmin matçın birinci yarısında zədələnərək meydanı tərk edən Leandro Andradenin Skandinaviyada forma şansı qazanmaq ehtimalı böyükdür.
Noyabrın 7-də “Aspmira” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ