COP29

Bugünkü "Qarabağ"a niyə ümid edəsən?

15:00 Qarabağ 196
Bugünkü "Qarabağ"a niyə ümid edəsən?

"Qarabağ" bu axşam Norveçdə Avropa Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.

Rəqib adıçəkilən ölkənin təmsilçisi "Bodo Qlimt"dir.

Oyun öncəsi "köhlən atlar"lar bağlı pozitiv danışmaq, müsbət nəticəyə inamlı olmaq hardan baxsaq çətin görünür.

Soyuq hava şəraitində və süni meydanda mübarizə aparmaq "Qarabağ"ın furbolçuları üçün xoş olmayacaq.

Rəqib meydanı, azarkeş amilini unutmaq olmaz.

Rəqibin formada olması da ayrı dərddi. Avropa Liqasının əsas mərhələsində məğlubiyyətsiz irəliləyən komanda "Portu", "Braqa" kimi kollektivləri məğlub edib, Almaniyada isə "Union"a məğlub olmayıb.

"Atlılar"da hər şey tam tərsinədir. Qurban Qurbanovun komandası avrokuboklarda son 5 oyunda qələbə üzünə həsrətdir. Bu matçlarda qapısından 13 qol buraxan kollektiv cəmi 1 dəfə azarkeşlərə qol sevinci bəxş edə bilib.

Hər nə qədər yaxşı oyundan danışsaq da, statistika problemin olmasından xəbər verir.

5 oyunun hamısını şanssızlığa bağlamaqla özümüzü aldatmış olarıq.

Heç daxili arenada da işlər əvvəlki illər kimi yağ-bal içində getmir.

Məsələn, "Sumqayıt"ı böyük çətinlik bahasına məğlub edən (1:0) son çempion "Şamaxı"nın müqavimətini yalnız 50 dəqiqə sonra, hakimin yanlış qərarı ilə qeydə alınan penaldan vurulan qolla qıra bildi.

Və ən son Tovuz səfərində nə göstərilən oyun, nə də nəticə "Qarabağ"ın adına yaraşmadı.

Qısası, son aylar "Qarabağ"ın göstərdiyi nəticələr Norveç səfərini işıqlı görməyimizə ümidi azaldır.

Əksəriyyət "Bu "Qarabağ"a niyə ümid edəsən" fikrini beynindən ata bilmir.

Qınamaq da olmur. Yuxarıdakı faktlar belə azara yol açıb.

Lakin ümid sonda ölər deyiblər. Hələ-hələ söhbət 10 ildən artıqdır Avropda adından söz etdirən "Qarabağ"dan gedirsə...

Arzu edək ki, bu axşam "Aspmira arena"dakı 8500 azarkeşin göz yaşı bizim sevincimizə səbəb olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti