Premyer Liqanın 12-ci turu «Turan Tovuz»un futbolçularına böyük miqdarda pul qazandırıb.
Doğma rayonda «Qarabağ»ı qəbul edən komanda qalib gəlməməsinə rəğmən, maddi cəhətdən xeyli irəli düşüb.
Belə ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev 0:0 hesablı nəticəyə görə 50 min manat mükafat ödəyib.
Kurban Berdiyevin çalışdırdığı kollektiv 12 tura 25 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində yerləşib.
Liderlik qoltuğunda əyləşmiş «Qarabağ»dan 3 xal geri qalan tovuzlular üçüncü sıradakı «Araz-Naxçıvan»ı cəmi 1 xal qabaqlayır.
SPORTİNFO.AZ