“Avropa Liqasındakı matçlar fərqlidir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə məxsusdur.
Polşalı kiper sabah Avropa Liqasının dördüncü turunda “Bodo Qlimt”ə qarşı keçirəcəkləri oyundan danışıb:
“Norveçdə süni qazonda oynayacağıq. Bizim üçün çətin qarşılaşma olacaq.
“Bodo Qlimt” çox güclü komandadır. Avropa Liqasında əvvəlki matçlarında yaxşı nəticələr qazanıb.
Bununla belə, səfərdə bu rəqibə qalib gələ bilərik. Hər bir qarşılaşmaya olduğu kimi, bu matça da 3 xal üçün çıxacağıq”.