"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt"lə matç üçün Norveçə yola düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı daşıyan təyyarə yerli vaxtla təxminən saat 21:00-da Budo şəhərinə eniş edəcək.
Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.
"Budo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.