COP29

“Qarabağ”ın müdafiəçisi: “Avroliqada oynayırıqsa, bunları düşünməməliyik”

4 Noyabr 01:20 Qarabağ 516
“Qarabağ”ın müdafiəçisi: “Avroliqada oynayırıqsa, bunları düşünməməliyik”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Premyer Liqanın 12-ci turunun "Turan Tovuz"a qarşı səfər matçı haqda sualları cavablandırıb.

- “Turan Tovuz”la səfərdə heç-heçə (0:0) etdiniz. Bu nəticəni necə şərh edərdiniz?

- Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan yalnız bir məğlubiyyətimiz var. Onu da “Turan Tovuz”dan almışıq. Rəqib kollektiv şəkildə yaxşı mübarizə aparır.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Konkret bir söz deyə bilmərəm. Epizodları izləmək, oyunu analiz etmək lazımdır.

- Ardıcıl ikinci oyunda da “Turan Tovuz”u məğlub edə bilmədiniz. Bunun səbəbi nədir, niyə bu komandaya qarşı oyununuz istədiyiniz kimi alınmır?

- Deməzdim ki, nəsə alınmır. Sadəcə bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. “Turan Tovuz”da isə bu istək daha yüksəkdir. Pis oynamadıq. Fürsətlərdən yararlana bilmədik və bu da xal itkisinə gətirib çıxardı.

- Lakin rəqibin də şansları var idi, məğlub ola da bilərdiniz...

- Bəli, onlarım da qol fürsətləri var idi. Qapıçımız yaxşı oynadı. Ümumi götürdükdə heç-heçəni ədalətli nəticə sayıram.

- Qarşıdan Avroliqada Norveçdə “Bodo Qlimt”lə oyun gəlir. Həmin matçdan gözləntiləriniz necədir?

- Rəqib haqda məlumatımız çox deyil. Artıq sabahdan həmin görüşə hazırlaşacağıq. Ümumi bilirik ki, yaxşı komandadır. Nəticələri də göz önündədir.

- “Turan Tovuz”la matçdakı xal itkisi Norveç səfəri öncəsi komandaya psixoloji cəhətdən mənfi təsir etməyəcək?

- Yox, bu futboldur. Bu gün olan bugündə də qalır. Biz Avropa Liqasında oynayırıqsa, bunları düşünməməliyik. Əlimizdən gələni edəcəyik ki, Norveç səfərində sərfəli nəticə qazanaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...