COP29

“Hazırda “Qarabağ”da mənim üçün əsas problem az oynamağımdır”

3 Noyabr 13:35 Qarabağ 785
“Hazırda “Qarabağ”da mənim üçün əsas problem az oynamağımdır”

“Bu mövsüm çox az oynadığım üçün işlər istədiyim kimi getmir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın albaniyalı legioneri Redon Cica ehtiyatda qalması barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

26 yaşlı hücumçu bildirib ki, hazırda onun üçün əsas problem çox oyun şansı qazana bilməməsidir:

“Düzünü desəm, baş məşqçi ilə bu barədə fikir mübadiləsi aparmaq üçün cəhd göstərməmişəm. Onun qərarlarına hörmətlə yanaşıram.

Bu, mənim işimdir. İşimi görməli və məşqlərimə davam etməliyəm”.

“Qarabağ”ın Premyer Liqanın XI turunda "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldiyi oyunda qol vuran futbolçu təəssüratlarını bölüşüb:

“Qol vurmaq hər bir futbolçu üçün böyük zövq verir. Hazırda turnir cədvəlinə başçılıq edirik. Liderliyimizi sonadək qorumağa çalışacağıq”.

Redon Cica bu mövsüm “Qarabağ”ın heyətində 7 oyunda 3 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...