COP29

“Qarabağ” Avropada cəmi 2 komandadan geri qalır

3 Noyabr 02:30 Qarabağ 393
“Qarabağ” Avropada cəmi 2 komandadan geri qalır

Avropanın milli çempionatlarında futbolçuları əvəzetmədən meydana daxil olaraq ən çox qol vuran klubların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının lideri “Qarabağ” bu baxımdan da qitənin qabaqcıl klublarındandır.

Mövsümün geridə qalan dönəmində Qurban Qurbanovun sonradan “döyüşə atdığı” futbolçular indiyə qədər 8 qol vurublar.

Keçirdiyi 10 matçda bunu bacaran ağdamlıların əvəzetmələri orta hesabla hər görüşdə 0,80 qola imza atırlar.

Bu cəhətdən Avropanın ən yaxşı üçüncüsü olan “Qarabağ” cəmi 2 komandadan geri qalır. Qitənin ən yaxşı göstəricisinə malik komanda “Srvena Zvezda”dır.

Bu klubun əvəzetmədən mübarizəyə qoşulan futbolçuları Serbiya çempionatının ilk 12 matçında 11 dəfə fərqləniblər. İkinci sırada isə Belçika “Mexelen”i qərarlaşıb – 12 oyunda 9 qol.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...