Premyer Liqanın 12-ci turunda lider “Qarabağ” səfərdə “Turan Tovuz”la qarşılaşıb.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, bu oyunda “Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Mateusz Kowalski) görüşün ən yaxşı futbolçularından olub. 24 yaşlı polşalı qolkiper bir neçə epizodda komandasını real qoldan xilas edib.
Xüsusən 32-ci dəqiqədə onun “Turan Tovuz”un hücumçusu Aleks Souzanın çox təhlükəli zərbəsinə fantastik reaksiyasını qeyd etmək olar.
Həmin epizoddan 2 dəqiqə sonra isə Koxalski daha bir təhlükəli anda komandasını qoldan xilas edib. Koxalski ikinci hissədə də yaxşı seyv edib.
O, “Qarabağ”a bu yay transfer olub.