UEFA-nın rəsmi saytı Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bodo-Qlimt” – “Qarabağ” matçına qısaca toxunub.
Sportinfo.az xəbər verir ki, UEFA Azərbaycan çempionunun səfər görüşü haqda bunları yazıb:
"Qarabağ"ı Azərbaycandan 3500 km aralıqda yerləşən Norveçə qibtə olunmaz yol gözləyir. Onlar "Bodo-Qlimt"lə görüş üçün Norveçə səfər edəcəklər.
Son mövsümləri Avropa yarışlarında uğurla keçirən norveçlilər artıq cari turnirdə 7 xala sahibdir və ölkə çempionatında 4-cü tituluna yaxınlaşır".
“Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də Budadakı “Aspmyura” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.