"Qarabağ"ın müdafiəçisi Toral Bayramov bu mövsüm "köhlən atlar"ı "Alanyaspor"a dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu informasiyalar mediada yayılıb.
Bu barədə oxu.az-a açıqlama verən "Qarabağ"ın mətbuat katibi Anar Haciyev bildirib ki, "Alanyaspor"dan belə bir təklif gəlməyib.
"Yayılan xəbərlər həqiqəti əks etdirmir. Toral Bayramovun "Qarabağ" ilə müqavilə müddəti 2026-cı ilədəkdir və futbolçumuz bu müddət ərzində klubun şərəfini qorumağa davam edəcək", - deyə A.Hacıyev bildirib.