"Qarabağ" və millinin qolkiperi Şahruddin Məhəmmədəliyev hələ də, kollektivlə məşqlərə başlamayıb.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı qapıçı hazırda fərdi qaydada trenajor məşqlərini yerinə yetirir. Amma o, artıq tam bərpa olunub.
Milli komandaların oyunlarına görə veriləcək fasilə zamanı isə Şahruddin "Qarabağ"ın kollektivə qoşularaq, meydançadakı məşqlərini də bərpa edəcək.
30 yaşlı qolkiper yayda "Qarabağ"a qoşulub. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.