Avropada ölkə çempionatlarının cari mövsüm üçün ən məhsuldar komandaları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, cədvəlin ilk “10-luğ”unda “Qarabağ” da var.
Premyer Liqaya liderlik edən Ağdam klubu orta hesabla hər görüşdə 2,78 qolluq göstəriciyə nail olur ki, bunun sayəsində Donetsk “Şaxtyor”u (Ukrayna) ilə 9-10-cu yerləri bölüşdürür.
Reytinqə Portuqaliya “Sportinq”i başçılıq edir. Lissabon təmsilçisinin 8 turdakı orta məhsuldarlığı 3,38 qoldur.
İkinci pillədə 3,30 qolla İspaniya çempionatının lideri “Barselona” qərarlaşır. İlk “üçlüy”ü Niderland klubu PSV (3,22 qol) qapayır.
Azərbaycanın digər komandası “Sabah” isə bu baxımdan Avropada 50-ci sıradadır.