COP29

“Qarabağ”ın oyunundakı hakim qərəzi boşuna deyilmiş – ŞOK DETAL ÜZƏ ÇIXDI!

29 Oktyabr 2024 19:40 Qarabağ 20 204
“Qarabağ”ın oyunundakı hakim qərəzi boşuna deyilmiş – ŞOK DETAL ÜZƏ ÇIXDI!

“Qarabağ” – “Ayaks” qarşılaşmasında bir çoxları kimi məğlubiyyətin ağırlığını Şotlandiyadan olan referinin – Nikolas Uolş çiyinlərinə qoymaq niyyətindən uzaq idim.

Julio Romao axmaq hərəkətinə görə qırmızı vərəqə almasaydı, matça fırtına kimi başlayan “Qarabağ” ən qısa zamanda Niderland nəhəngini topu tordan çıxarmağa məcbur edəcəkdi.

Ancaq həmin Julionun artıq neçənci dəfədir təkrarlanan kobud səhvi ilə iki həftədir “Ayaks”la oyuna hazırlaşan məşqçi və futbolçuların zərhmətini yerə vurdu.

Oyun bitdi, azarkeşlər evinə, biz isə müsahibə və açıqlamalar üçün nəzərdə tutulmuş miks-zonaya yollandıq.

Dayandığımız yer eləydi ki, qonaq futbolçuların dəhlizdən keçərkən az qala bir-birinin qulağına nə pıçıldaması da eşidilirdi. Yəni hər şey gözlərimizin önündə cərəyan edirdi.

İlk belə maraqlı halı “Ayaks”ın əsas fiqurlarından biri Vaut Veqhorst yaşatdı. Ucaboy hücumçu hakimlərin otağının qarşısından keçərkən qapının açıq olması diqqətini çəkdi. Ərinmədi, utanmadı, hər kəsin eşidəcəyi şəkildə onlara təşəkkür etdi.

Bir neçə dəqiqədən sonra “Ayaks”ın dünya şöhrətli ulduzu, “Liverpul” və İngiltərə millisindən tanıdığımız ingiltərəli kapitanı Cordan Henderson aram addımlarla paltardəyişmə otağından çıxıb avtobusa tərəf yön alırdı ki...

Cordan oradan keçən anda təsadüfdən, yoxsa zərurətdən oyunun hakimi də öz otağından çıxdı. Sanki görüş vaxtı barədə sözləşmişdilər. Hər ikisinin əli bir-birinin belinə yapışıq formada təxminən 10-15 saniyəlik pıçıltıdan sonra Henderson Böyük Britaniyadan olan həmyerlisinə göz vurub, ona uğurlar arzuladı. Kənardan baxan cütlüyün futbolçu-hakim yox, uzun illərin dostları olduğunu zənn edərdi bəlkə də.

Həmin anların görüntülərini telefonun yaddaşına köçürməkdə gecikdiyimi etiraf edirəm. Daha doğrusu, bu cür mənzərəni ağlımın ucundan keçirmirdim ki, telefonu əlimdə hazır saxlayım. Mən nəsə etmək istəyəndə isə gec idi.

“Qarabağ” rəsmiləri ehtiyac duysa, stadionun kameraları vasitəsi ilə “Ayaks”ın kapitanı ilə baş hakimin oyunsonrası “şirin” görüntülərinə sahib ola bilər. Təbii ki, bu yolla UEFA-dakılara nəyisə sübut etmək mümkün olacaqsa.

Bir daha əmin olursan ki, hətta dünya futbolunda da bir futbolçunun ad-sanı, hakimlərin hansısa yollarla belələrinin gözünə girmək həvəsi olub, olmaqda davam edir və olacaq da.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti