Cari mövsüm Premyer Liqada əcnəbi futbolçuların vurduğu qol sayı 100-ü haqlayıb.
Sportinfo.az xəbər verir ki, gəlmələrin yubiley qolu “Qarabağ” – “Şamaxı” oyununa təsadüf edib.
Qarşılaşmada ikinci qolun müəllifi olan albaniyalı hücumçu Redon Cica legionerlərin cari mövsümdəki ümumi qol sayını 100-ə çatdırıb.
Yassin Benzia isə 101-ci qola imza atıb. Bu tura qədər ölkə çempionatında əcnəbilərin qolu 94-ə bərabər idi. Bu mövsüm yerli futbolçular isə birlikdə cəmi 41 dəfə fərqləniblər.
Cica həmçinin “Qarabağ”ın çempionatlar tarixindəki 1600-cü qolunun müəllifi olub.