
«Qarabağ»ın iki futbolçusu klub tərəfindən böyük miqdarda cərimələnib.
Söhbət Julio Romao ilə Elvin Cəfərquliyevdən gedir.
Səbəb hər iki oyunçunun Avropa Liqasının Liqa mərhələsinin «Ayaks»la matçında (0:3) qırmızı vərəqə almasıdır.
Üçüncü turur görüşünü vaxtından əvvəl tərk edən Romao və Cəfərquliyev təqribən 10 min dollar civarında cərimə ödəməli olacaq.
Braziliyalı yarımmüdafiəçi Niderland nəhəngi ilə qarşılaşmanın 15-ci dəqiqəsində meydandan uzaqlaşdırılıb.
Adi epizodda topu itirən «sambaçı» rəqib hücumçunun qapıçıyla təkbətək çıxmasının qarşısını kobudluqla aldığı üçün birbaşa «qırmızı»ya tuş gəlib.
Elvin isə 79-cu dəqiqədə «Ayaks»ın oyunçusunun ayağını tapdaladığı üçün ikinci sarı kartı önündə görüb.
SPORTİNFO.AZ