COP29

"Qarabağ"ın sabiq funksioneri ŞOK İDDİA irəli sürdü!

02:00 Qarabağ 196
"Qarabağ"ın sabiq funksioneri ŞOK İDDİA irəli sürdü!

‘Qarabağ’ bu mövsüm ən xarakterli oyununu keçirdi.

75 dəqiqə 10 nəfərlə belə mübarizə aparıb uduzursa demək ki, play-off da gələcək..

..Amma..

..Olsun, Romao epizodu qaydalara görə qırmızıdı.. Amma keçən il Lukakuya qarşı eyni hərəkət sarı verildi..

..Hakim bəhanədirmi?

Abbasın forması açıq çəkilir, sarı yoxdu, Juninyoya qarşı taekvondo hərəkəti edilir, hakim görmür.

Qırmızı vermisən, xub. Amma 15 dəqiqə rəqibə aman verməyən komanda 10 nəfərlə qalıb korner qazanırsa sən o şansı verməlisən. Bilirəm, başqa kornerlər də olmuşdu vurmamışdılar..

Həə, 2-ci hissə də ayrı aləmdi. Juninyonu tutub dartırlar qaydalara görə penalti ən pis halda VAR-a baxılmalıdı, heç baxılmır.

O penaltiyə gəlincə. Dünyada heç kim mənə o mübarizənin penal olduğuna inandıra bilməz. Niyə?

Çünki, topu alan Medina o dərəcə sevinirsə əsla ‘foul’ etmiş ola bilməzdi. Get ən azından VAR-a bax, emosiyaları sakitləşdir, obrazını dəyişdir sənə inansın meydandakılar (‘qarabağ’lılar)

Lap yaxşı olsun, Zubir 2 dəfə ötən il Virtsə olduğu kimi bu dəfə də eyni səhv etdi, Benziaya gəzirdi meydanda.

Amma, bu oyun Niderlandda ‘Ayaks’ın meydanında rollar fərqli olsaydı hakim eyni duruşu sərgiləyərdimi?

Heç elə şey görmüsüzmü?

Hə, ‘Totenham’la oyunda hakimin rəqibə ‘qırmızı’ verməsinindən xəbərdaram..

Amma bu o deyil ki, qərar(lar)ın yanlış ola bilər amma oyundakı niyyətin yanaşman o olmamalıdı..

..’Ayaks’a (!) 15 dəqiqə aman verməyən komanda(mız) vardı meydanda..

O səhv etdi, bu oynamalıydı söhbətlərini buraxın.

Bu gedişlə yaxın zamanlarda artıq ‘Ayaks’ları görmə şansımız da olmayacaq.

Ona qədər ‘Qarabağ’ bu liqadan play-offla ayrılacaq o ayrı..

Nurlan İbrahimov
“Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?