COP29

"Qarabağ" 9 nəfərlə qaldı, “Ayaks” 3 qol vurdu - VİDEO

01:04 Qarabağ 81
"Qarabağ" 9 nəfərlə qaldı, “Ayaks” 3 qol vurdu - VİDEO

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Şotlandiyadan olan hakimlər briqadası tərəfindən idarə edilən oyunda Azərbaycan komandası 2 qırmızı vərəqə alıb.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olub.

Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb.

Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub.

Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlardan 3-ü heç-heçə bitib, 1-də isə "Tvente" qələbə qazanıb.

"Qarabağ" Liqa mərhələsinin turnir cədvəlində hazırda 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).

Aktivində 7 xal olan "Ayaks" isə bu ana olan nəticələrə əsasən, liderdir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).

"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:3

Qollar: Kennet Teylor, 36, Vut Veqhorst, 74 - pen; Çuba Ekpom, 77

Qırmızı vərəqə: Julio Romao, 15, Elvin Cəfərquliyev, 79 (ikisi də "Qarabağ")

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?