COP29

“Qarabağ”da oynamış niderlandlı: “Qurban Qurbanov heç vaxt imkan verməz ki...”

00:40 Qarabağ 114
“Qarabağ”da oynamış niderlandlı: “Qurban Qurbanov heç vaxt imkan verməz ki...”

Niderlandın NOS agentliyi “Qarabağ” haqda yazı hazıayıb.

Sportinfo.az xəbər verir ki, yazıda əvvəlcə “Qarabağ”ın təmsil olunduğu Ağdam şəhərinin Ermənistan odusu tərəfindən işğal olunması nəticəsində klubun uzun müddət çətinliklə fəaliyyət göstərməsi qeyd olunub.

Həmçinin yazıda “Qarabağ”ın niderlandlı sabiq futbolçusu Leroy Çorcun fikirlərinə də yer verilib.

Yazıda qeyd edilir: "Ayaks" bu axşam avrokuboklarda 10 ildir ki, adından söz etdirən “Qarabağ”la qarşılaşacaq.

Klub Qarabağ bölgəsində uzun müddətdir davam edən münaqişə nəticəsində doğma Ağdamdan uzaq dəşərək paytaxt Bakıda məskunlaşıb.

Bir vaxtlar əhalisinin sayına görə Vaqeninqenlə (Niderlandda şəhər – red.) müqayisə oluna bilən Ağdam indi xəyallar şəhəridir.

Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da oynayıb və komandanın uğur hekayəsinin yaranma mərhələsini yaşayıb. Hücumçu klubun o vaxtdan indiyə qədər nə qədər irəli getdiyini bilir.

Corcun "Qarabağ"da çıxış etdiyi ilk aylarda klubun hələ paytaxtda öz bazası yeri yox idi. Məşq üçün müxtəlif meydançalara üz tuturdular.

“Həqiqətən həftəlik proqram yox idi. Harada və nə vaxt məşq edəcəyimiz çox vaxt qeyri-müəyyən idi” – deyə Leroy Corc açıqlamasında bildirib.

2013-2015-ci illərdə “Qarabağ”da çıxış edən Leroy Corc komandanın avrokuboklarda azarkeş dəstəyinin möhtəşəm olduğunu, yerli çempionatda isə bunun tam əksi baş verdiyini bildirib:

"Biz avrokubok matçlarını 20-30 min tamaşaçı qarşısında oynayırdıq. Bu oyunlarda atmosfer əla olurdu. Yerli çempionatda isə 100-dən çox insan olsa, sevinərdik. Bunun necə mümkün olduğunu soruşdum. “Kaş biləydik” dedilər”.

L.Corc “Qarabağ”ın irəli getməsində baş məşqçi Qurban Qurbanovun böyük əməyi olduğunu bildirib: "O, komandaya vaxtilə çatışmayan nizam-intizamı gətirdi. Onun aydın baxışı var idi. Bu, klubun sürətlə böyüməsinə imkan verdi. Qurban Qurbanov komandasını həmişə, hətta kağız üzərində daha güclü sayılan rəqiblərə qarşı da hücum planı ilə meydana çıxarıdı”.

Komanda Avropa Liqasında da Corcun qeyd etdiyi kimi, hücum futboluna üstünlük verir. “Qarabağ” ilk iki maçtda (“Tottenhem” – 0:3, “Malmö” - 1:2) məğlub olsa da, hər iki oyunda daha çox topa sahib olub və qapıya rəqibdən daha çox zərbə endirib..

Leroy Corc “Ayaks”la oyunda da gedişatın fərqli olmayacağını deyib: "Qurbanov heç vaxt komandasının pərakəndə oynamasına imkan verməz və "Qarabağ"ın açıq futbol oynamasına imkan yaradacaq. "Ayaks"ın Bakıda asanlıqla qalib gələcəyini düşünməyin".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?