COP29

Qurban Qurbanov cavab verdi: "Düzü, bu, məni narahat etmir”

20:20 Qarabağ 131
Qurban Qurbanov cavab verdi: "Düzü, bu, məni narahat etmir”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının qapıçıları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Q.Qurbanova son vaxtlar "Qarabağ"ın qapıçılarının səhvlər etməsinin onda narahat doğurub-doğurmadığı barədə sual ünvanlanıb.

52 yaşlı mütəxəssis buna cavab olaraq deyib:

"Düzü, məni narahat etmir. Çünki mənim üçün oyunçunun işinə məsuliyyətlə yanaşması daha vacibdir.

Hər iki qapıçımız tam məsuliyyətlə çalışır, əlindən gələni edir. Ola bilər ki, əvvəllər üzərlərində məsuliyyət az idi, tam formada deyildilər.

Bizim tələblərimiz əvvəl onların üzərində olmayıb. Bu gün hər bir oyunçumdan razıyam, hər iki qapıçıya güvənirəm.

Onlar kollektivə sadiq və işlərində məsuliyyətlidirlər. Məncə, narahatlığa səbəb yoxdur. Qarşıdakı oyunlarda özlərini yaxşı tərəfdən göstərəcəklər.

Özünüz də bunu görəcəksiniz. Bu gün onlara inamım böyükdür"

.

Digər Xəbərlər
Xəbər Lenti