COP29

İlkin Fikrətoğlu - Qurban Qurbanov bu qədər problemi həll edə biləcəkmi?

18:00 Qarabağ 294
İlkin Fikrətoğlu - Qurban Qurbanov bu qədər problemi həll edə biləcəkmi?

“Qarabağ”da əks proses başlayıb.

Ötən mövsüm Avropada qələbələri sıralayıb azarkeşlərə qürur yaşadan komanda indi ardıcıl məğlubiyyətlərlə ona inananları üzür.

Ardıcıl dördüncü oyundur meydanı məğlub tərk edirlər. Bu 4 qarşılaşmada cəmi 1 qol vuran Azərbaycan çempionu qapısından ümumilikdə 10 top buraxıb.

Başa düşənlər üçün həyəcan siqnalı hələ yayda verilmişdi. Cəbəllütariq “Linkoln”u ilə matçları qoyaq bir kənara, “Qarabağ” avqustun 6-dan bugünədək avrokuboklarda çıxdığı 6 oyunun yalnlz 1-də qalib olub: “Ludoqorets” üzərində tarixi 7:2 hesabı.

Qalan 5 görüşün hamısını uduzublar. Demək, “Dinamo Zaqreb”dən iki oyuna 5 cavabsız qol buraxmaq təsadüfi deyilmiş.

Çempionlar Liqasından kənarda qalmaq “Qarabağ”ın hələ o səviyyədə turnir üçün hazır olmamasının göstəricisidr.

“Malmö” ilə matç isə göstərdi ki, bu gedişlə “Qarabağ”ın Avropa Liqasında perspektivi dumanlı görünür. Yəni bu dəfə avrokuboklarda qışdan cıxmaya bilərik.

“Malmö” ilə duelə azarkeşlər də ümidlə baxırdı. “Qarabağ”ın İsveç klublarına qarşı uğurlu statistikası da bir tərəfdən fanatları ürəkləndirmişdi.

Amma “Malmö” nə “Gefle”, nə də “Göteborq” və “Hekken” oldu. “Malmö” Bakıda “Qarabağ”ı zərərsizləşdirə bildi, oyunu istədiyi məcraya yönəltdi.

Matçdan sonra rəqibin baş məşqçisi Henrik Ridstormun dediyi kimi: “Oyunu elə qurduq ki. “Qarabağ”ın əks-hücumlarını nəzarətdə saxlaya bilək. Bu gün daha məntiqli oynadıq”.“Qarabağ” isə məhz oyun quruculuğunda, oyun keyfiyyıətində, fərdi mübarizələrdə rəqibə uduzdu.

Təbii ki. fərdi mübarizədə uduzanlar sırasında Juninyo yox idi. Braziliyalı forvard yenə ustalığını göstərərək, Avropada 3 oyunluq qolsuzluq seriyasına son qoydu.

Amm nə yazıq ki, çox keçmədən İsveç çempionu hesabı bərabərləşdirdi. Kevin Medinanın havaya boş yerə kəllə atması bizə baha başa gəldi.

Elvin Cəfərquliyev də Medinadan bu səhvi gözləmədiyindın, onu məqamında sığortalaya bilmədi və hec nədən hesab bərabərləşdi.

İkinci hissə başlayan kimi “Malmö” ikinci qolu vurdu. Sanki “Qarabağ”ın oyunçuları hələ fasilədən gəlməmişdi.

Müdafiə yuxulu görünürdü. Normalda “Qarabağ” təzyiqi artırıb, məğlubiyyətdən xilas olmaq üçün cəhd göstərməli idi.

Amma bunu görmədik. Hücumlar kəsərsiz, oyunçular ruhsuz, komandada əzm, xarakter yox. Bu, bizim gördüyümüz, öyrəşdiyimiz, sevdiyimiz “Qarabağ” deyil.

Təkrar da olsa, deyirəım: meydanda işlər istədiyin kimi getməyəndə, baş mə.qçi əvəzetmələrlə oyunu dəyişməyə çalışır.

Amma “Qarabağ”da hazırda oyunun axarını dəyişək oyunçu yoxdur. Olanı da budur, qalanı da.

Əvvəllər də dediyim kimi. Çempinlar Liqasının, ən pis haıda Avropa Liqasının əsas mərhələsini hədəfləyən komanda belə heyətlə uzağa gedə bilməz.

Təsəvvür edirsiz, birdən Juninyo zədələnib 1-2 aylıq sıradan cıxsa, nə baş verəcək?

Kim olacaq bzim qol ümidimiz? Nəriman, yoxsa Musa?

Qurban Qurbanov yenə hansısa prinsiplərinə görə Redon Cicanın adını Avropa Liqası üçün iştirak ərizəsinə daxil etməyib?

Adama Diakabi məsələsində olduğu kimi. Niyə Cica belə oyunlardan kənarda qalmalıdır? Keyfiyyətli hücumçun belə coxdur, Qurban müəllim?

Demirəm ki. Cica yıxılı evin dirəyidir. Amma adamda müəyyən qolçuluq bacarığı var.

Bir-iki oyunda olmasa da, hər halda hansısa matçda sonradan meydana cıxıb komandaya kömək edə bilərdi.

“Qarabağ” yay transfer dövrünü boşa verib. Medina aşkar görünür ki. əvvəlki deyil.

Bədavi yaşlaşıb, sürətdə çatdırmır. Bəhlul yaxşı müdafiəçidir, amma onda stabillik çatmır.

Demək, komandaya samballı mərkəz müdafiəçisi lazımdır. İki legioner qapıçının hec biri arxayınlıq üçün əsas vermir

Hərçənd “Malmö”ylə matçda Fabiyan Buntic komandanı dəfələrlə xilas etdi, qollarda da səhvi yox idi.

Hücumda tək Juninyonun ümidinə qalmışıq. Onu da rəqib “bağlayanda”, “Qarabağ” irəli xətdə başsız atlıya bənzəyir.

Bir sözlə, “Qarabağ” keyfiyyətli heyət baxımından rəqiblərinə uduzur. Ötən mövsüm “Braqa”ya, “Bayer Leverkuzen”ə şok yaşadan heyəti artıq Avropa komandaları lazımınca çözüb.

Əzbər bilirlər ki, “Qarabağ” necə oynayacaq, hücumu necə başlayıb, necə bitirəcək. Bu, rəqiblərin əksəriyyətinə məlumdur.

Belədə baş məşqçinin yeni taktiki sxemləri sınaqdan keçirməsi lazımdır. Rəqiblər üçün gözlənilmız gedişlər edilməli, sürprizlər hazırlanmalıdır.

Ona da heyətin kasad olması imkan vermir. Üstəlik, hər həftə Avropada oyunlar!

Bir yandan rəqibləri incələmək, öyrənmək üçün vaxt azlığı, bir tərəfdən də komandada belə sıx qrafilkə ayaqlaşa bilən oynçularının azlığı problem yaradır.

Qurban Qurbanov özü “Malmö”ylə matçdan sonra komandadakı çatışmazlıqları dilə gətirib. Yəni düşərgədə problemin nədən ibarət olmasını özü bilir.

Həll edə biləcəkmi?

Biz bəlkə də səbrlə gözləyə bilərik. Avroliqa isə gözləmir, xallar ard-arda əldən cıxır...

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti