COP29

“Qarabağ”ın yerli oyunçusu Ronaldo ilə müqayisə olundu - VİDEO

09:40 Qarabağ 559
“Qarabağ”ın yerli oyunçusu Ronaldo ilə müqayisə olundu - VİDEO

"Həm Toral Bayramov, həm də Elvin Cəfərquliyev istedadlı futbolçudur".

Bu fikir futbol eksperti Emin Mahmudova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın iki müdafiəçisi barədə rəyini səsləndirib.

Bildirib ki, onlar eyni mövqedə çıxış etsə də, oxşar və fərqli xüsusiyyətləri var.

Tanınmış teleşərhçi Cəfərquliyevin atletik cəhətdən daha hazırlıqlı olduğunu, Avropada da məhz bu məqama üstünlük verildiyini bildirib.

Deyib ki, Elvin 90 dəqiqəni eyni tempdə keçirmək gücündədir, bu da ona tələbatı artırır.

Abbasov Bayramovun düşüncə olaraq oyuna rəng qatmağı bacardığını, bununla belə, fiziki cəhətdən irkişafının bir qədər ləng getdiyini söyləyib.

Ekspert onu Portuqaliya millisinin ulduzu Kriştanu Ronalda ilə müqayisə edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor