COP29

Qurban Qurbanov "Ayaks"a nə sürpriz hazırlayıb, məlumatınız var? - VİDEO

14:00 Qarabağ 237
Qurban Qurbanov "Ayaks"a nə sürpriz hazırlayıb, məlumatınız var? - VİDEO

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çəçivəsində Bakıda Niderland "Ayaks"ını qəbul edəcək.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov qarşılaşma haqda maraqlı fikirlər səsləndirib.

Tanınmış jurnalist tərəflərin bir-birilərinə qarşı mənfi və müsbət tərəflərini açıqlayıb, “Qarabağ”ın uğurlu çıxışı üçün nələrə diqqət etməli olduğunu aydınlaşdırıb.

Qeyd edib ki, bu matçda ilk növbədə sürətli, fiziki hazırlıq ön planda olmalıdır:

“Qonaqların çalışdırıcısı Françesko Fariolini Türkiyədə “Alanyaspor” və “F.Karagümrük”ü çalışdırdığı dönəmlərdən çox yaxşıə tanıyırıq.

Daha çox oyunu müdafiədən qısa ötürmələrlə qurmağa çalışan oyun anlayışına malikdir. “Ayaks”da bu plan daha yaxşı alınır.

Heyətdə yer alan futbolçuların dinamik, yüksək keyfiyyətdə olması diqqətediləsi məqamdır.

Bir sözlə, baş məşçqilərin taktiki savaşının şahidi olacağıq. “Qarabağ” meydanın rəqibə aid hissəsində tətbiq edəcəyi basqı ilə qonaqların planını poza bilər.

Bunun üçün isə ilk növbədə xətlərarası məsafə zonalar üzrə bərabər bölünməlidir. Qurban Qurbanov nə lazım olduğunu çox yaxşı bilir.

Psixoloji və fiziki hazırlığı ön planda olduğu matçda “Qarabağ” qalib gəlsə, təəccüblənməyəcəm”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor