COP29

“Qarabağ”ı “böyük komanda” adlandırdı

08:50 Qarabağ 113
“Qarabağ”ı “böyük komanda” adlandırdı

"Qarabağ" güclü komandadır, son 10 ildə ciddi uğurlara imza atıb.

Bu nəticə rəqibin böyük klub olmağından xəbər verir".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri III tur oyunundan öncə deyib.

O, sabahkı matça itkilərlə çıxacaqlarını bildirib:

"Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Rəqib çox ciddi və güclü komandadır.

Təhlükəli oyunçuları var. Biz "Qarabağ"ın zəif nöqtələrini analiz etmişik.

Həmçinin öz səhvlərimiz üzərində işləmişik. Emosiyaları kənara qoymalıyıq.

Ən önəmlisi, nəticəyə köklənməkdir. Bütün diqqətimiz sabahkı matçdadır.

Bakıya bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirik".

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor