COP29

"Ayaks"ın ad-sanı varsa, "Qarabağ"da da o var"

15:00 Qarabağ 156
"Ayaks"ın ad-sanı varsa, "Qarabağ"da da o var"

"Qarabağ"ın yetirməsi Əfran İsmayılov Sportinfo.az-a açıqlama verib.

Veteran yarımmüdafiəçi "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda "Ayaks"la bu gün baş tutacaq matçdan gözləntilərini bizimlə bölüşüb.

"Qarabağ"a hər zaman inanmışam. Baxmayaraq ki, əvvəlki oyunlarda uduzub, amma yenə güvənirəm.

Doğma azarkeşlərin dəstəyin unutmaq olmaz. İnşallah, komandamız ən yaxşı oyunlarından birini keçirib xal və xallar qazanar.

İtirəcək nəsə yoxdur. Meydanda rahat oynamaq olar. Dualarımız komandanın yanındadır".

Rəqibin adı, heyətinin gücü, çıxış etdiyi çempionatın səviyyəsi hamımıza bəllidir. İsmayılov "Ayaks"ın bütün üstünlüklərinə rəğmən "Qarabağ"ın qələbə şansı olduğunu iddia edib:

"Düzdür, "Ayaks"ın ad-sanı var. Lakin "Qarabağ"ın da gücü, təcrübəsi və yaxşı baş məşqçisi var. Həm də evdə oynayacağıq. Qələbəyə inanıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor