COP29

“Qarabağ” hələ belə hal yaşamayıb - Qurban Qurbanov bunu bilir

20:00 Qarabağ 307
“Qarabağ” hələ belə hal yaşamayıb - Qurban Qurbanov bunu bilir

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

“Köhlən atlar” əsas mərhələnin III turunda “Ayaks”ı qəbul edəcək.

Hazırda pik formada olan Niderland nəhəngi ilə oyunun hansı hesabla başa çatacağını 90 dəqiqənin tamamı göstərəcək.

İstənilən halda azərbaycanlı futbolsevərlərin qələbəyə sevinəcəyinə ümid edək. Çünki onların buna ehtiyacı var.

“Qarabağ” avrokuboklarda sonuncu ev qələbəsini nə vaxt qazanıb, bilirsiniz?

Düz 3 ay əvvəl, iyulun 30-da. Həmin tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda “Linkoln”un daşını daş üstıə qoymayan ağdamlılar o vaxtdan bu yana Bakıda qələbə qazanmır.

Qurban Qurbanovun komandası bu müddətdə Bakıda 3 oyun keçirib və bütün hallarda məğlub olub.

“Ludoqorets”ə 1:2, Zareb “Dinamo”suna 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzan ağdamlılar, ümumilikdə son 4 qarşılaşmanın hamısında meydanı üzgün tərk edib və cəmi 1 qola sevinib.

2009-cu ildən başlayan uğurlu yolda “Qarabağ”la bağlı bu cür statistika yaşanmayıb.

Hətta 2017-18 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı dövrdə belə, ardıcıl 3 ev görüşündə, ümumilikdə ardıcıl 4 oyunda məğlubiyyət seriyası yaşanmamışdı.

Ümid edək ki, “Ayaks”la duel uğursuz seriyanın qırılması ilə nəticələnəcək.

Oktyabrın 24-də Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?