COP29

“Qarabağ”dan: "Ayaks"la oyunun uğursuz gedişatın dönüş nöqtəsi olmasını istəyirik"

19:00 Qarabağ 150
“Qarabağ”dan: "Ayaks"la oyunun uğursuz gedişatın dönüş nöqtəsi olmasını istəyirik"

"Qarabağ" Avropa Liqasının əsas mərhələsində hələ də xalsızdır.

Komanda ilk iki turda "Tottenhem" və "Malmö"yə məğlub olub.

Ağdamlıların cari mövsüm uğursuz seriyası isə daha əvvələ gedib çıxır.

Qurban Qurbanovun kollektivi Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya qarşı hər iki matçda da meydanı məğlub tərk etməli olmuşdu.

Bu dəfə isə rəqib Niderland nəhəngi "Ayaks"dı. Rəqibin heyəti, büdcəsi "Qarabağ"dan dəfələrlə üstündür. İştirak etdikləri çempionatların səviyyəsi müqayisə olunmazdı.

Avrokuboklar təcrübəsi baxımından da tərəflər arasında böyük uçurum var.

Bir sözlə, "Ayaks" hardan baxsaq "Qarabağ"ı bir baş üstələyir.

Bəs belə məqamda 4 oyunluq qələbə həsrətinə son qoymaq üçün nəyə ümid etmək olar?

Sualımıza cavab olaraq "köhlən atlar"ın müdafiəçisi Bəhlul Mustafazadə bunları deyib:

"Bəli, düz vurğuladınız ki, rəqib böyük komandadır. Amma biz "Ayaks" səviyyəsində bir çox komandalarla qarşılaşmışıq və həmin rəqiblərə qarşı yaxşı oyun, yaxşı nəticələr göstərmişik.

"Ayaks"la görüşün uğursuz gedişatın dönüş nöqtəsi olmasını istəyirik. Bunun üçün çalışaraq yaxşı nəticəyə ümid edirik.

Müsbət nətcə üçün əlimizdən gələni edəcəyik".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?