COP29

İki "Qarabağ"lı Barselonada “Yohan Kroyff”un diplomunu aldı - FOTOLAR

00:50 Qarabağ 136
İki "Qarabağ"lı Barselonada “Yohan Kroyff”un diplomunu aldı - FOTOLAR

"Qarabağ"ın iki əməkdaşı – akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Yohan Kroyff” institutunun diplomunu alıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

"Qarabağ"ın tərəşdaşı olan “Yohan Kroyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.





Digər Xəbərlər
Xəbər Lenti