COP29

“Qarabağ”ın son 3 ayda qazandığı və itirdiyi milyonlar...

21 Oktyabr 09:20 Qarabağ 797
“Qarabağ”ın son 3 ayda qazandığı və itirdiyi milyonlar...

Çempionlar Liqası ilə vidalaşmağın “Qarabağ”a hansı məbləğə başa gəldiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, Zaqreb “Dinamo”suna uduzan təmsilçimiz qitənin ən mötəbər klub turnurinin Liqa mərhələsinə vəsiqə ilə 18,62 milyon avro əldə etmək şansını qaçırıb.

Avropa Liqasının eyni mərhələsində oynamaq ağdamlılara 4,31 milyon avro gətirəcək. Bu isə o deməkdir ki, pley-offdakı məğlubiyyət 14,31 milyona başa gəlib.

Bu, təxminən 27 milyon 70 min manata bərabərdir.

Avropa Liqasının əsas mərhələsində hər qələbə 450, heç-heçə 150 min avro gətirəcək. Bu rəqəmlər Çempionlar Liqasında 2,1 milyon və 700 minə bərabərdir.

Təəssüf ki, “köhlən atlar” Avroliqada büdcəsinə hələ 1 sent daxil etməyib. Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə “Tottenhem”ə 0:3, Bakıda “Malmö”yə 1:2 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti