COP29

“Məyusam, mən olsaydım...” - Mustafazadə ilə MÜSAHİBƏ

20 Oktyabr 14:00 Qarabağ 1 217
“Məyusam, mən olsaydım...” - Mustafazadə ilə MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 10-cu turunda "Kəpəz"i məğlub etdikləri (5:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbəni necə şərh edərdin?

- Belə meydançda oynamaq bütün komandalar üçün çətindir. Digər tərəfdən "Kəpəz" də son oyunu yaxşı keçirmişdi. Çətin oyun olacağını bilirdik. Lakin buna baxmayaraq, komanda olaraq yaxşı nəticə qazana bildik.

- Amma hesab çətin oyundan xəbər vermir...

- Bəlkə də, elə çətin oyun olacağını düşünüb, daha ciddi hazırlaşdığımız üçün belə nəticə oldu. Qələbəyə görə məmnunuq. Lakin üzərində işləməli olduğumuz çox məqamlar var.

- "Kəpəz" ötən tur "Neftçi" üzərində parlaq qələbə qazanmışdı. Bu məqam sizin üçün qarşılaşmadan əvvəl xal itirmək təhlükəsi yaradırdımı?

- Əlbəttə. Bilirdik ki, bizə qarşı xüsusi hazırlaşacaqlar. Ona görə də əlimizə düşən fürsətlərdən maksimum yararlanmağa çalışdıq.

- Ardıcıl 7-ci qələbə növbəti çempionluğun müjdəsi sayıla bilər?

- Belə deməzdim. Bu barədə danışmaq çox tezdir. Yolumuz, hədəflərimiz bəllidir. Buna uyğun hazırlığımızı davam etdirəcəyik.

- Tovuz şəhər stadionun süni örtüyü heç də yaxşı vəziyyətdə deyil. Zədədən sonra belə meydana ayaq basmaq çətin olmadı?

- Düzdür, kiçik narahatlıq vardı. Amma meydandan kənarda qalmaq hər bir futbolçu üçün daha çətindir. Ona görə də müəyyən riski göz önünə alaraq oynamağı özüm də çox istəyirdim. Şükürlər olsun ki, heç bir zədə almadan matçı başa vurdum.

- Qarşıdan "Ayaks"la matç gəlir. Azarkeşlər nəyə ümid etsin?

- Rəqib çox yaxşı komandadır. Son oyunlarda da çox uğurlu çıxış edirlər. Buna baxmayaraq, biz evdə çıxış edəcəyik. Azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirməyə çalışacağıq.

- "Ayaks"la oyundan əvvəl olduğu kimi, "Bodo Qlimt"lə səfər matçından öncə də Tovuzda meydana çıxmalı olacaqsız. Bu məqam avrokuboklardakı oyunların nəticələrinə necə təsir edə bilər?

- Düşünmürəm ki, böyük təsiri olsun. Çünki Avropada bundan da uzaq məsafələrə səfərlər olur. Ona görə də bu haqda qəti düşünmürük. İstər Tovuzda, istərsə də Norveçdə müsbət nəticə üçün çalışacağıq.

- Zədə səbəbindən kənarda qalmalı olduğun görüşlərdə milli çox bəsit qollar buraxdı. Hazırda formada olan azsaylı yerli oyunçulardan biri kimi düşünmürsən ki, meydanda olsaydın, nəticələr fərqli ola bilərdi?

- Yox, bu barədə özüm düşünmürəm. Düzdü, kənardan milli komandanı izləmək mənə çox ağırdı. Zədəmə rəğmən davam etməyi çox istəyirdim. Təəssüflər olsun ki, həkimlər icazə vermədi. Məyusam. Mən olsaydım, da səhvlər ola bilərdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti