COP29

“Qarabağ” bahalı təklif alsa, Qurbanov icazə verəcək - SATILSIN

20 Oktyabr 12:20 Qarabağ 6 453
“Qarabağ” bahalı təklif alsa, Qurbanov icazə verəcək - SATILSIN

«Qarabağ» Premyer Liqada növbəti qələbəsini 5:0-la qazandı.

Qurban Qurbanov bununla Tovuzda yeni eranın anonsunu verdi. «Dəyişirəm və dəyişdirirəm» anlamında.

Bir az zaman alacaq, amma edəcək, olacaq. Gün ondan bundan başqa heç nə tələb eləmir.

Çempionlar Liqasının pley-off mərhələsində «Dinamo Zaqreb»ə, Avropa Liqasının Liqa mərhələsinin il kiki turunda «Tottenhem» və «Malmö»yə məğlubiyyətlər Qurbanovu dərin düşüncələr içində yalqız buraxmayıb.

O, taktiki və oyunçu yerdəyişməsi ilə bu mənfi tendensiyadan xilas yolunu fikirləşib tapmağa çalışır. Hər halda bu istək və qərarlılıq onda hiss olunur.

Emmanuel Addaini tezliklə «Qarabağ»ın kilid futbolçusu görəcəyik. Qanalı hücumameylli vinger maraqlı profildir və Qurbanov onu sağah üçün hazırlayır.

Yenilənən «Qarabağ»ın Juninyodan asılılığı minimuma enəcək. Bəlkə də braziliyalı hücumçu Azərbaycanda son mövsümünü keçirir.

Ola bilər, yeni ilin əvvəlində «Qarabağ»a əvvəlkilərdən daha cəlbedici təklif gəlsin və Qurbanov Juninyonun satılmasına icazə versin.

Yaradılan qol epizodlarından faydalanma faizi minimum olan forvard istənilən baş məşqçini şəkər xəstəliyinə mübtəla edər.

Qurbanov yaşının bu çağında sağlıq durumu ilə «oynayan», komandasına hüzn yaşadan hücumçuya yalnız bir yerə qədər səbr göstərə bilər ancaq.

Çempionatın lideri turnir cədvəlinin son pilləsində «mürgü vuran» «Kəpəz»ə 5 cavabsız qol vurdu. Bu qolların müəllifləri arasında Juninyonun adına rast gəlmirik.

Məhsuldarlığı qoxu saçacaq qədər aşağı yuvarlanmış hücumçunun məcburi istirahətə göndərilməsi (ehtiyat skamyada əyləşdirilməsi) üçün ən münasib vaxt indidir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti