COP29

“Qarabağ”lı oyunçunun xanımı stadionda etdiyi bu hərəkətlə diqqət mərkəzinə düşdü – VİDEO+FOTOLAR

20 Oktyabr 13:35 Qarabağ 10 469
“Qarabağ”lı oyunçunun xanımı stadionda etdiyi bu hərəkətlə diqqət mərkəzinə düşdü – VİDEO+FOTOLAR

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun ikinci övladı dünyaya gələcək.

Sportinfo.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı, bloger Nəzrin Bayramova məlumat yayıb.

Cütlük bu sevinc dolu xəbəri stadionda çəkdikləri video vasitəsilə izləyicilərinə çatdırıblar.

Sözügedən görüntülərə Nəzrin “Biz böyüyürük. Düşündüm ki, bu gün uzun müddətlik yoxluğumun “Böyük” səbəbini açıqlayım.

Bəli, biz artıq 4 nəfərik. üçüncü Bayramova yoldadır. İkinci gözəlim səni çox səbrsizliklə gözləyirik” şərhini yazıb.

Cütlüyün bir oğlan və bir qız övladı var.

Digər Xəbərlər
Xəbər Lenti