COP29

ŞOK! “Sportinfo” “Qarabağ” ətrafında yaradılan “qara bazar”ı aşkarladı – FAKT+FOTOLAR

19 Oktyabr 20:40 Qarabağ 382
ŞOK! “Sportinfo” “Qarabağ” ətrafında yaradılan “qara bazar”ı aşkarladı – FAKT+FOTOLAR

Oktyabrın 24-də baş tutacaq “Qarabağ” – “Ayaks” oyunu üçün biletlər matçdan bir həftə əvvəl satışa çıxarılıb.

Cümə axşamı elan yerləşdirilib və bir neçə saat sonra ən ucuz, yəni 5 manatlıq biletlər tükənib.

Biletlər müxtəlif şəxslər (işbazlar) tərəfindən alınaraq sosial şəbəkələr üzərindən satılır.

Necə? Vaxtilə stadionun ətrafında “qara bazar”da görməyə alışdığımız formada.

Deməli, potensial müştərilər klubun sosial şəbəkə hesabında ucuz biletlərin tez tükənməsi barədə narazılıq edir. Həmin an işbazlar saxta profillər vasitəsi ilə onlara yazaraq mesaj bölməsinə keçid etməyi təklif edir.

“Direct” bölməsində açıq alver gedir. 5 manatlıq biletin hər biri 10 manata təklif edilir. Qiymət səni razı salırsa, razılaşma baş tutur. Əks halda bazarlıq davam edir, ortaq dil tapmağa çalışırsınız.

Biz də belə bir test etdik. Ortaya aşağıdakı şəkillərdə gördüyünüz mənzərə çıxdı. 5 manatlıq bileti 10 manata satan şəxs öz qiymətinə alış-verişə razı olmadı.

Ölkəmizdə Daxili İşlər Nazirliyinin tabeliyində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Ümid edirik ki, özbaşınalığın izinə düşməklə günahkarların tapılıb məsuliyyətə cəlb edilməsinə nail olacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı
19 Oktyabr 01:00 Azərbaycanda hesab - 9:0