COP29

Qurban Qurbanov bu cür sərt münasibətə layiqdirmi? - VİDEO

16:40 Qarabağ 209
Qurban Qurbanov bu cür sərt münasibətə layiqdirmi? - VİDEO

"Qarabağ"ı bu yerlərə gətirən adam elə Qurban Qurbanovdur".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Vaxtilə Ağdam klubunda çalışmış keçmiş fueksioner ATV kanalında yayımlanan «Futbolumuz» verlişində təcrübəli mütəxəssisə qarşı səsləndirilən tənqidlərə münasibət bildirib.

O, uzun illərdir «köhlən atlar»ın sükanı arxasında dayanan baş məşqçinin bu cür reaksiyaları haqq etmədiyini söyləyib.

Tanınmış teleşərhçi deyib ki, «Qarabağ» avrokuboklarda davamlı olaraq uğur qazanıb və bunda ən böyük pay sahibi Qurbanovdur.

Abbasov qeyd edib ki, komandanın Avropa Liqasının Liqa mərhələsinin ilk 2 turunda məğlubiyyətlə üzləşməsinin müxtəlif səbəbləri var və diqqəti ona yönəltmək lazımdır.

Ekspert müdafiə zonasında çoxsaylı səhvlərlə yadda qalmasını, eyni zamanda, hücum xəttinin məhsuldarlıq faizinin aşağı düşməsini vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti