COP29

“Ayaks” gəlir... "Qarabağ" nə qədər satış edib?

18 Oktyabr 23:20 Qarabağ 147
“Ayaks” gəlir... "Qarabağ" nə qədər satış edib?

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Matç üçün artıq 18 min 500 ədəd bilet satılıb.

Məlumatda o da qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:10 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?
18 Oktyabr 11:00 Gəl, gəlirin BOL OLSUN!