COP29

"Qarabağ"ın qapısının ağzını kəsdirən YENİ TƏHLÜKƏ!

21 Oktyabr 17:00 Qarabağ 3 657
"Qarabağ"ın qapısının ağzını kəsdirən YENİ TƏHLÜKƏ!

Üç cəbhədə - Avropa Liqası, Premyer Liqa və Ölkə Kubokunda mübarizə aparan "Qarabağ" bəlkə də mövsümün ən ağır qrafikinə qədəm qoyur.

Tovuzda başlayan oyun cədvəli Norveçdə tamamlanacaq.

20 günlük periodda komanda 2-si avrokuboklar olmaqla 5 rəsmi matça çıxacaq.

Bu, oyun günlərini çıxsaq, "köhlən atlar"ın 3 gündən bir meydana çıxacağı anlamına gəlir.

Qrafiki ağır edən isə təkcə 20 günə 5 matçın sığması deyil. Əslində "Ayaks" xaric, digər rəqiblər təmsilçimizin "dişinə" görədir.

Vəziyyəti təhlükəli edən görüşlərin üçünün səfər meydanında keçiriləcəyidir.

Norveç və Tovuz səfəri...

Skandinaviya səfəri hər zaman yorucudur. Uzaq məsafə, süni meydan, soyuq hava şəraiti.

"Bodo Qlimt"lə matç bu şərtlər altında baş tutacaq.

Qurban Qurbanovun kollektivi Qərb bölgəsinə isə bir dəfə "Kəpəz", digərində "Turan Tovuz"la qarşılaşma üçün yollanmalı olacaq. Tovuzda da texniki futbola üstünlük verən "Qarabağ"ı sevmədiyi qazon - süni meydan gözləyir. Həm də istifadə müddəti bitmiş, bərbad halda olan süni meydan.

"Şamaxı" ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ev oyunu məşq xarakteri daşıya bilər. Orada da Ayxan Abasov amili "şirlər"in müqavimət gücünü artırır.

Niderland nəhəngi "Ayaks"la doğma divarlar arasındakı görüşdə xərclənəcək enerjinin miqyasının isə izaha ehtiyacı yoxdur.

Gedişatda mümkün zədə, cəza ehtimalları vəziyyəti daha da ağırlaşdıra bilər.

Qısası, Qurbanovun komandasına qarşıdakı ağır 3 həftəni uğurla arxada qoymaq üçün böyük fiziki güc və dəmir iradə lazım olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti