COP29

"Qarabağ"ın direktoru: "Onlarla yollarımızı ayırmaq istəmirik"

13:00 Qarabağ 424
"Qarabağ"ın direktoru: "Onlarla yollarımızı ayırmaq istəmirik"

«Son vaxtlar heç bir futbolçumuza təklif gəlməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam təmsilçisinin baş idarəçisi Elvin Cəfərquliyev başda olmaqla, oyunçularına yeni dəvətlərin gəlməsi və tərəflər arasında danışıqların başlaması yönündə yayılan xəbərləri təsdiqləmyib:

«Hazırda heç bir xarici klubla görüşmürük. Çünki nə rəsmi, nə də şifahi təklif var.

Sabah hansısa klubdan təklif gələ bilər, bu gün tam sakitlikdir.

Hazırda komandamızda olan bütün futbolçulardan razıyıq. Onlardan kimləsə yollarımızı ayırmaq istəmirik».

Digər Xəbərlər
Xəbər Lenti