COP29

Bu futbolçular “Ayaks”la matçda “Qarabağ”ın formasını geyinməyəcək - FOTOLAR

17 Oktyabr 16:20 Qarabağ 2 049
Bu futbolçular “Ayaks”la matçda “Qarabağ”ın formasını geyinməyəcək - FOTOLAR

“Qarabağ”ın legioneri Mateus Silva Avropa Liqasının Liqa mərhələsində “Ayaks”la keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda “Sabah”la oyunda zədələnən braziliyalı müdafiəçi Niderland klubu ilə görüşə qədər də meydana çıxmayacaq.

Digər zədəlilər isə qapıçılar Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanovdur.

Bir müddətdir zədədən əziyyət çəkən Marko Veşoviç isə “Ayaks”la oyuna qədər sıraya dönəcək.

Monteneqrolu müdafiəçi sabah Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”lə keçiriləcək oyunu buraxsa da, “Ayaks”la görüşdə heyətdə olacaq.

Millinin düşərgəsində zədələnən və heyətdən çıxarılan Bəhlul Mustafazadə isə sıraya dönüb. Müdafiəçi "Qarabağ"ın ümumi məşqlərində iştirak edir.
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti