COP29

"Qarabağ"ın önəmli şəxsindən MÜHÜM AÇIQLAMA

20:00 Qarabağ 1 238
"Qarabağ"ın önəmli şəxsindən MÜHÜM AÇIQLAMA

“ECA UEFA və FİFA-nın tanıdığı yeganə klub təşkilatıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın İdarə Heyətinin və Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov deyib.

Bilindiyi kimi, bugünlərdə ECA-nın 31-ci Baş Assambleyası keçirilib. Yeni formata əsasən, ildə 1 dəfə təşkil olunan Baş Assambleya bu dəfə Yunanıstanın paytaxtı Afinada düzənlənib.

ECA-nın artıq 717 üzvü var. Avropanın artıq bütün ölkələrinin güclülər dəstələrinin klubları (istər kişilər, istər qadınlar) arasında bu quruma üzvdürlər.

Aftinadakı toplantıya Premyer Liqa təmsilçilərimiz də dəvət edilib. Yalnız «Neftçi», «Turan Tovuz» və «Sabah» tədbirə qatılmayıb.

ECA 3 gün ərzində müxtəlif tədbirlər keçirib. Klublarla ayrı-ayrılıqda görüşlər dəbura daxildir.

Həmçinin «sabdivijinlər»in yığıncağı olub. ECA üzv 55 ölkəni 4 yerə bölüb. Azərbaycan dördüncü «sabdivijin»də yer alıb.

«Qarabağ»ın İdarə Heyətindən Asif Əsgərov məhz həmin diviziyadan ECA-nın İcraiyyə Komitəsinə (İK) üzv seçilib. O, hazırda İK-də sıralama üzrə 29-55-ci olan ölkələrin iki təmsilçisindən biridir.

A.Əsgərov tədbirin mahiyyəti barədə bunları söyləyib:

“ECA-nın sıraları günbəgün genişlənir. Təkcə son 1 ildə quruma üzv olan klubların sayı iki dəfə artıb.

Təşkilat bu müddətdə siyasətini dəyişib, öz qapılarını bütün Avropa ölkələrinin yüksək liqasında mübarizə aparan klubların üzünə açıq elan edib.

İcraiyyə Komitəsində «Mançester Siti», PSJ, «Bayern» və «Mançester Yunayted» kimi böyük klubların nümayəndələri təmsil olunur.

Prezident PSJ-nin sahibi Naser Əl-Xəlifidir. Mən də İcraiyyə Komitəsində Avropa reytinqdə 29-55-ci yerdə gedən ölkələrin təmsilçisiyəm.

Afinadakı toplantıda UEFA ilə anlaşmanın bəzi bəndləri dəyişdirildi. O müqavilə əvvəl 2030-cü ilədək imzalanmışdı.

Müddət bu dəfə daha 3 illik uzadıldı. Bəzi müddəaların dəyişdirilməsi UEFA-nın ECA-ya güvəninin daha da artması deməkdir.

UEFA prezidenti Aldeksandr Ceferin də orada idi. FİFA-nın baş katibi, başqa-başqa qitələrdən olan qonaqlar, məşhur futbolçular da Baş Assambleyaya qatılmışdı.

Ümumilikdə, 500-dən artıq klubun nümayəndəsi toplantılarda iştirak elədi. Yeni üzv olan klublarla ayrı-ayrılıqda görüşlər keçirildi.

Daha sonra panel formasında yığıncaqlar təşkil edildi. O panellərin birində də biz yeniliklə bağlı sualları cavablandırdıq».

Digər Xəbərlər
Xəbər Lenti