COP29

"Qarabağ" bu transfer üçün "qapısını döyən” A Seriyası klubundan 3 milyon avro istədi

08:50 Qarabağ 3 069
"Qarabağ" bu transfer üçün "qapısını döyən” A Seriyası klubundan 3 milyon avro istədi

Elvin Cəfərquliyevin son vaxtlar həm "Qarabağ"ın, həm də milli komandanın heyətində sərgilədiyi oyun ona olan marağı artırıb.

"Tottenhem"lə səfər matçından sonra Cəfərquliyevə görə "Qarabağ"ın "qapısını döyüblər".

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, təklif İtaliyadan gəlib.

Klubun adını hələ ki dəqiqləşdirə bilməsək də, Elvin Cəfərquliyevi İtaliya A Seriyası təmsiçisinin heyətinə qatmaq istədiyinə dair məlumat almışıq.

"Qarabağ" artıq Elvin Cəfərquliyevə qiymət də qoyub. Qarşı tərəf 3 milyon avro ödəcəyi halda bu transfer baş tuta bilər.

Danışıqlar davam edir. Mövzunu diqqətdə saxlayacağıq və yeni məlumat əldə edən kimi detalları oxucularımızla da bölüşəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti