COP29

"Qarabağ"da məşhurlaşdı, baş məşqçi postundan ayrıldı - FOTO

15 Oktyabr 01:50 Qarabağ 3 971
"Qarabağ"da məşhurlaşdı, baş məşqçi postundan ayrıldı - FOTO

“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Muarrem Muarrem baş məşqçisi olduğu “Qostivar”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə şimali makedoniyalı mütəxəssis özü məlumat verib.

Ağdam klubunun tarixi ərzində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olmuş Muarremin “Qostivar”dan ayrılmasının səbəbi bəlli deyil.

Bu komanda 9 turdan sonra lider “Rabotniçki”dən iki xal geri qalaraq, 17 xalla üçüncü pillədədir.

Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti