COP29

"Juninyo daha çox qol vura bilərdi, amma Qurban Qurbanov ona ..."

17 Oktyabr 19:00 Qarabağ 817
"Juninyo daha çox qol vura bilərdi, amma Qurban Qurbanov ona ..."

Azərbaycan Premyer Liqasında birinci dövrə arxada qaldı.

Lider kürsüsündə son illər alışdığımız mənzərədir. Yenə "Qarabağ" hər kəsi qabaqlayır.

Amma bombardirlər cədvəli ilə bağlı eyni fikri demək olmaz. Burada ağdamlıların passiv olması diqqət çəkir.

Belə ki, arxada qalan 9 turdan sonra bombardirlər cədvəlinə Coy-Lens Mikels və Cesse Sekidika başçılıq edir.

"Sabah"lı legionerlərin hər birinin aktivində 5 qol var.

Onların yaxın izləyicisi də elə komanda yoldaşlarıdır. Söhbət hesabında 4 qolu olan Pavol Safrankodan gedir. Slovakiyalı forvard kimi "Zirə"dən Rafael Utziq və David Volkov da rəqib qapılarını 4 dəfə silkələməyi bacarıblar.

İlk "8-liy"i aktivində 3 qolu olan Leandro Andrade ("Qarabağ"), Felipe Santos ("Araz-Naxçıvan") və Qorka Laruçça ("Səbail") tamamlayır.

Siyahıda olanların hamısının legioner olması insanı pərişan edir.

Bəs hardadır azərbaycanlı forvardlar?

Sualımıza cavab olaraq "Qarabağ"ın və Azərbaycan millisinin veteran forvardı Rauf Əliyev bunları dedi:

"Yerli hücumçu kimi Musa Qurbanlının adını çəkə bilərəm. O da son dönəmlər zədədən əziyyət çəkirdi. Yeni-yeni oynamağa başlayıb.

Bir də Ramil Şeydayevin qeyd etmək olar. O da daha çox vinger kimi çıxış edir. Əvvəlki illərdə Emin Mahmudov yarımmüdafiəçi olsa da önə çıxa bilirdi. Bu gün az şans qazanır, formada deyil.

Hücumçu qıtlığı olduğu aşkar görünür. Xoş olmayan mənzərədir.

Düşünürəm ki, əcnəbilərin də performansı yüksək deyil. "Qarabağ"ın forvardı Juninyo daha çox qol vura bilərdi. Qurban müəllim onu daha çox avrokuboklar üçün düşünür. Çempionat oyunlarında daha çox ehtiyatda qalır. Məncə, bundan sonra Juninyo daha çox fərqlənə biləcək".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti