COP29

Mesut Özil "Qarabağ"ın qonağı oldu, Qurban Qurbanov onu görüncə… VİDEO+FOTOLAR

11 Oktyabr 19:20 Qarabağ 7 044
Mesut Özil "Qarabağ"ın qonağı oldu, Qurban Qurbanov onu görüncə… VİDEO+FOTOLAR

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ"ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi "Azərsun Arena"da "köhlən atlar"ın açıq məşqini izləyib.

Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyiblər.

Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.

Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Foto: Məhəmməd Ağayev (report)

Digər Xəbərlər
Xəbər Lenti