COP29

“Qarabağ”ın legioneri xalqa ümid verdi: “Buna gərək yoxdur”

11 Oktyabr 20:20 Qarabağ 3 385
“Qarabağ”ın legioneri xalqa ümid verdi: “Buna gərək yoxdur”

“Qarabağ” ardıcıl ikinci oyunda məğlub olmaqla pley-offa yüksəlmək şanslarını çətinə saldı.

Rəqiblər arasında ağdamlıların “dişinə” uyğun olanlardan biri “Malmö” idi ki, İsveç çempionu da Bakıda 3 xala sevindi.

Növbəti matçlardakı komandaların adlarına baxanda, ümidimizi üzməkdən başqa çıxış yolu qalmır – “Ayaks”, “Bodo Qlimt”, “Lion”, “Elfsborq”, “Styaua”, “Olimpiakos”.

Bu matçları azı 4-də qələbə qazanıb, növbəti mərhələnin sevincini yaşamaq həqiqətən çətin görünür.

“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a açıqlamasında azarkeşlərə ümid verib:

“Rəqibin adından asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxırıq. Özünüz də gördüz ki, “Tottenhem”lə qarşılaşmada nə qədər qol imkanı yaxaladıq.

Sadəcə, top qapıya daxil olmaq istəmirdi. “Malmö” ilə matçın son 15-20 dəqiqəsində təkqapıya oynadıq, rəqib müdafiəçilər və qapıçı yaxşı çıxış etdi.

Məsələyə qlobal baxıb, ruhdan düşməyin tərəfdarı deyiləm. Biz hər qarşıdan gələn oyunu düşünürük və buna uyğun hazırlaşırıq.

Növbəti matçda məqsədimiz 3 xal olacaq. Bunu bacarsaq, vəziyyət dəyişəcək.

Liqa mərhələsində indidən kimisə favorit göstərmək düzgün deyil. Hər turdan sonra turnir cədvəlində dəyişikliklər olur.

Ona görə də ümidsizlənməyə gərək yoxdur. Hədəfə çatmaq üçün sona qədər mübarizə aparacağıq”.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin III turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Ayaks”ı qəbul edəcək. Oktyabrın 24-də keçiriləcək duel saat 20:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti