COP29

"Son vaxtlar “Qarabağ"ın üzərinə çox gedirlər" - VİDEO

11 Oktyabr 16:00 Qarabağ 1 802
"Son vaxtlar “Qarabağ"ın üzərinə çox gedirlər" - VİDEO

"Son vaxtlar “Qarabağ"ın üzərinə çox gedirlər".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubuna təzyiqlərə sərt reaksiya göstərib.

Tanınmış teleşərhçi «köhlən atlar»ın haqsız tənqidlərə məruz qaldığını bildirib.

Abbasov Avropa Liqasının Liqa mərhələsinin ilk 2 turunda məğlubiyyətlə üzləşən komandaya möhlət verilməsinin vacibliyini qeyd edib.

Ekspert deyib ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv gərgin qrafiklə fəaliyyət göstərir və bəzi futbolçular bu ağırlığa dözmür.

Belə ki, aparıcı legionerlər öz potensiallarından zəif təsir bağışlamağa başlayıblar.

«Qarabağ» qitənin ikinci dərəcəli klub turnirinə «Tottenhem»ə İngiltərədə 0:3 hesablı məğlubiyyətlə start verib. Mzərbaycan çempionu «Malmö» ilə Bakıdakı matçda da meydanı yenilgiyə uğrayıb - 1:2.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti